İnsanlara hürriyət, millətlərə istiqlal!

Partiya sədri Paşinyanın cavabını verdi: “Bu şəxs özünü “abdal” yerinə qoyub”

“Ermənistanla sülh müqaviləsi inzalamağın iki yolu var: ya Ermənistanı hansısa güclü dövlət sülhə məcbur etməli, tapşırığını verməlidir ki, get, sülh sənədini imzala, ya da Azərbaycan yenidən güc tətbiq etməklə onların sülh müqaviləsini imzalamasına nail olmalıdır”.

Bu fikirləri Musavat.com-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı deyib.

Ermənistan rəhbərliyinin ziddiyyətli açıqlamalarından bəhs edən partiya rəhbəri qeyd edib ki, indiki halda başqa yol yoxdur:

“Ermənilərlə danışıqlar aparmağın özü də mənasız bir işdir”.

A.Nağının proqnozuna görə, Ermənistan rəhbərliyi, şəxsən Nikol Paşinyan və ya başqa birisi hər dəfə bəhanə tapıb prosesdən uzaqlaşacaq:

“Bunu dəfələrlə görmüşük, son olaraq isə Paşinyan analoji mövqeni nümayiş etdirdi. Bu şəxs özünü “abdal” yerinə qoyub, gündə bir hoqqa çıxarır, ağlasığmaz təkliflərlə çıxış edir. Ənənəvi xəritə, “güzgü” oyunbazlığı, indi də “32 kənd”, silahlara qarşılıqlı nəzarət kimi sərsəmləmələri ortaya atır. 32 kənd məsələsini haradan çıxarıb, haradadır onların 32 kəndi, məlum deyil. Görünür, diş ağrısından əziyyət çəkirmiş, o anda da 32 rəqəmi yadına düşüb və səsləndirib. Silahlara nəzarət məsələsi isə ümumiyyətlə absurd iddiadır. Ona görə də Azərbaycan bu “Abdal Nikol”la - Abdal Qasımla Abdal Qəhrəman bizi bağışlasın - danışıqları dayandırmalı, “Dəmir yumruq”la müşayiət olunacaq növbəti addıma hazırlaşmalıdır”.

ELŞAD,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR