İnsanlara hürriyət, millətlərə istiqlal!

Parkdakı bu güllələnmə hadisəsinin təfərrüatı bilindi: BAŞINDAN BİR GÜLLƏ - VİDEO

Yevlaxda 1991-ci il təvəllüdlü Nəsibov Əhməd Əhəd oğlunun 1989-cu il təvəllüdlü Saleh Əliyev tərəfindən başından güllələnərək öldürülməsinin təfərrüatı məlum olub.

Musavat.com xəbər verir ki, qətli törədən Saleh Minatəmizləmə Agentliyinin Şuşa düşərgəsinin Skaner və partlayış bölməsinin minaaxtaranı vəzifəsində çalışırmış.

Saleh qətli törətdiyi “Makarov” tipli tapançanı mina təmizlədiyi ərazilərdən taparaq evinə gətiribmiş.

İstintaqla müəyyən edilib ki, Saleh mərhumu qohumu olan azyaşlı uşağa qarşı seksual xarakterli hərəkətlər etməyə cəhd etdiyinə görə öldürüb. Belə ki, Murad Salehin qohumu olan oğlan uşağına bıçaq çəkərək ona qarşı seksual xarakterli hərəkətlər edib. Bu barədə məlumatı Salehə anası deyib. Bunu öyrənən Saleh Əhmədi öldürmək qərarına gəlib.

Saleh hadisə günü içkili olub. O, Əhmədin evdən çıxmasını gözləyib. Sonra ona yaxınlaşaraq birlikdə yeyib-içməyə getməyi təklif edib. Lakin Əhməd bunu istəməyib. Məqsədi Əhmədi tənha bir yerə aparmaq olub.

Saleh belindən tapançanı çıxaran zaman silah əlindən düşüb. Bunu fürsət bilən Əhməd oradan qaçıb. Sosial şəbəkələrdə də Salehin mərkəzdəki parkda Əhmədin arxasınca qaçması, iki dəfə atəş açması görüntüləri yayılıb.

Məlumata görə, Saleh küçədə iki dəfə atəş açsa da, Əhmədi vura bilməyib. Daha sonra Əhməd yaxınlıqdakı binalardan birinin blokuna girib. Saleh ona çataraq arxadan atəş açaraq baş nahiyəsindən vurub.

Saleh dindirilən zaman əməlindən peşman olmadığını deyib. Bildirib ki, bu gün olsa, yenə eyni əməli törədər:

“Dövlət uğruna can qoymuşam ki, hansısa şəxs körpə-körpə uşaqları zorlasın? İcazə vermərəm ki, elə insanlar çöldə nəfəs alsın. Ona görə can qoymuşuq ki, uşaqlar böyüsün və onların gələcəkləri olsun. Əhməd başqa 5-6 ailənin də uşaqlarına da əxlaqsız hərəkətlər edib, ailələri gözüyaşlı qoyub. Yevlax balaca şəhərdir və hamı-hamıdan utanır. Hamımızın qeyrəti, namusu var. Hadisədən bir gün əvvəl ona xəbərdarlıq etdim. Sözün düzü, onu bir gün əvvəl öldürəcəkdim. Öldürdüyümə görə peşman deyiləm. Bu gün elə bir hadisə olsa, yenə də onu öldürərəm. Ona görə ki, elə insanlar yaşamalı deyil”.

İttihamla özünü qismən təqsirli bilən Saleh deyib ki, Əhmədin arxasınca qaçanda küçədə açdığı atəş xəbərdarlıq atəşi olub:

“Qaçmasın və ətrafdakı insanlara zərər gəlməsin deyə havaya iki dəfə atəş açdım. Cavad qaçmağa başladı. Onun arxasınca qaçdım. Əhməd binanın blokuna girib dəmir qapını bağlamaq istəyəndə çatdım. Qapını açıb sağ əlimdə olan tapançadan bir dəfə Əhmədin baş nahiyəsinə atəş açdım”.

Saleh silahı haradan əldə etməsi barədə suallara belə cavab verib:

“Silah erməni silahı idi. Mina axtaran zaman silahı tapıb evə gətirmişdim. Əlavə edim ki, Əhmədə əzab-əziyyət verməmişəm. Ona yalnız bir güllə vurmuşam. Gülləni də başından vurdum ki, ikinci gülləyə ehtiyac qalmasın”.

Məhkəmə təqsirləndirilən şəxsin vermiş olduğu ifadəni cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirib.

Məhkəmə qənaətə gəlib ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı belə məzmunda ifadə verməklə məsuliyyətini yüngülləşdirmək məqsədi güdür.

Mərhumun qardaşı isə ifadə verən zaman deyib ki, Əhmədin psixoloji problemləri olub:

“Əhməd kəmağıllı idi. Ancaq uşaqlarla oynayırdı. Xasiyyətcə çox sakit biri idi. İndiyə qədər heç kimlə problemi olmayıb. Bu söhbəti biləndə Əhməd mənə uşağa heç nə etmədiyini demişdi”.

Saleh xüsusi amansızlıqla qəsdən adam öldürmə, xuliqanlıq, odlu silah saxlama maddələri ilə təqsirli bilinərək 17 il müddətinə azadlıqdan məhrum edilib.

İlkin Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Mart 2025

BÜTÜN XƏBƏRLƏR