İnsanlara hürriyət, millətlərə istiqlal!

Parisdən Moskvaya GÖZDAĞI: Rusiyanın pulu ilə...

Fransanın müdafiə naziri Sebastyan Lekornunun sözlərinə görə, 2024-cü ilin sonuna qədər Fransa Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən 300 milyon avro toplayacaq ki, bu da Ukraynaya hərbi avadanlıq almağa yönəldiləcək.

Musavat.com-un xəbərinə görə, o, bunu "La Tribune Dimanche" qəzetinə verdiyi müsahibədə bildirib.

"Bu vəsait 12 yeni "Sezar" öz hərəkətli artilleriya sisteminin, eləcə də Ukrayna Silahlı Qüvvələri üçün raketlərin və sursatların tədarükü üçün istifadə olunacaq", - Sebastyan Lekornu deyib.

Nazirin sözlərinə görə, Rusiyanın dondurulmuş aktivlərinin istifadəsi Ukraynanın Rusiyaya qarşı mübarizəsində dəstəyin davam etdirilməsi üçün əsas alət olub:

"300 milyon avro yalnız 12 yeni "Sezar" özü hərəkət edən artilleriya sistemini deyil, həm də 155 mm-lik mərmiləri, "Aster" raketlərini, idarə olunan AASM bombalarını və "Mistral" raketlərini sifariş etməyə imkan verdi".

Lekornu Fransanın artilleriya sistemlərini və Ukraynanın cəbhədəki mövqelərini gücləndirəcək digər silahların tədarükünü artırmağa davam edəcəyini vurğulayıb.

Bundan əvvəl Ukrayna artıq təxminən 60 "Sezar" sistemi almışdı və ilin sonuna qədər əlavə 80 ədəd alacağı gözlənilir.

Nəsimi,
Xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR