İnsanlara hürriyət, millətlərə istiqlal!

Papa can üstə - Vatikanın yeni lideri onlardan biri olacaq

Fransiskin eynicinslilərin nikahına “xeyir-duası” kilsənin nüfuzuna ciddi zərbə vurub, Trampın komandasındakı kataloliklərin dəstəklədiyi namizəd kimdir?

Son günlər dünya mediasının diqqətlə izlədiyi mövzulardan biri də katoliklərin 88 yaşlı dini lideri Roma Papası Fransiskin səhhətidir. Əsas müzakirələr ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən 266-cı Roma Papası Fransiskin (əsl adı Xorxe Mario Bergolyo) sağalmasından çox ölərsə, yeni dini liderin kim olacağı ətrafında gedir.

Musavat.com xəbər verir ki, Papanın ölümü və ya istefası halında onun varisi üçün namizədi Konklav - Papanın ölümündən sonra çağırılan kardinallar məclisi müəyyən edir. Seçkilər Vatikanın xarici aləmdən təcrid olunmuş Sikstin kapellasında keçirilir. ( "Konklav" sözü latınca "cum clave" - "açar altında" deməkdir).

Teorik olaraq, istənilən katolik kişi yeni Papa ola bilər. Praktikada onlar həmişə Kardinallar Kollecindən seçim edirlər. Ümumilikdə 253 kardinal var, onlardan 113-ü Konklavın əsas üzvləridir, yəni Papanın seçkilərində səs vermək hüququna malikdir.

3ec75399-535d-43d0-be75-783e3721f457.jpeg (106 KB)

Vatikanda iki əsas siyasi partiya var: liberallar və mühafizəkarlar. İkincisi, adından da aydın olduğu kimi, Müqəddəs Kilsənin əsrlər boyu keçdiyi formada - bütün ciddi məhdudiyyətləri, müqəddəs mərasimləri və ideoloji mövqeləri qorumaqla qorunub saxlanılmasını israr edir. Liberallar isə inanırlar ki, ənənəyə sadiqlik kilsənin nüfuzunu getdikcə aşağı sürükləyir .

Hələ ki, sonuncu olan Roma Papası Frensis liberalların nümayəndəsidir. Ondan əvvəl Müqəddəs Taxt-tacın sahibi olan Benedikt mühafizəkar idi. Məhz Frensis dövründə kilsə kəskin dönüş etməyə başladı. Məsələn, o, eynicinsli nikahlara icazə verməyə başladı və bu, Vatikanda Fransisə qarşı böyük daxili müxalifətə səbəb oldu.

İndi əsas müzakirə mövzularından biri də katolik kilsəsinin dərin böhrandan necə çıxa biləcəyidir. Məsələn, Almaniya Katolik Yepiskoplar Konfransının məlumatlarına görə, 2021-ci ildən Almaniyada 1 milyondan çox insan kilsəni tərk edib. Fransada vəftiz olunmuş xristianların sayı kifayət qədər çoxdur (70%), lakin onların yalnız 4%-i özlərini xristian adlandırırlar. Hətta Avropada katolik inancının qalası olan Polşada da kilsəyə inananların sayı on il ərzində azalıb, 2011-ci ildəki 87,6%-dən 2021-ci ildə 71,3%-ə düşüb.

Bununla belə, Afrika və Cənub-Şərqi Asiyada katoliklərin sayı artıb. Liberallar yeni bölgələrdə genişlənməyə diqqət yetirməyi, mühafizəkarlar isə Avropa uğrunda mübarizə aparmağı təklif edirlər. Fransisin Avropaya deyil, Amerikaya yaxın olması təəccüblü deyil. Çünki 1200 ildən çox müddətdə ilk dəfə Roma katalokiklərinin başına “qeyri-avropalı”(Fransisk 17 dekabr 1936-cı ildə Argentinanın paytaxtı Buenos-Ayresdə doğulub) rəhbərlik edir.

Müşahidələrə görə, son illərdə mühafizəkarlarla liberallar arasında mübarizə xeyli gərginləşib. 2023-cü ilin əvvəlində XVI Benedikt Fransisin çoxsaylı islahatlarını tənqid etdiyi bir kitab belə nəşr olunub. Fransis də indi əldən düşmüş olsa da, bu illər ərzində boş oturmayıb. Bildirilir ki, o, kardinallar arasında olan rəqiblərinin bir çoxunu sıradan çıxarıb. Hazırda 253 kardinaldan 142-si Fransiskin “kadrları” hesab olunur ki, onlardan da 113 nəıfərinin növbəti Papanın seçkisində iştirak edəcəklər, çoxu da Asiya və Afrikada nümayəndələridir.

Müqəddəs Taxt-Taca indi iki əsas namizəd var. Bu, 70 yaşlı Vatikanın dövlət katibi Pietro Parolin və Kinşasa arxiyepiskopu 65 yaşlı Fridolin Ambonqo Besunqdur.

Parolin Fransisin ən yaxın müttəfiqidir. Əgər qalib gəlsə, onun siyasətini davam etdirəcəyi gözlənilir. Besunqu mühafizəkarların lideridir. Məsələn, o, evli olmayan eynicinsli cütlüklərin evlənməsinə qarşı çıxır.

Lakin başqa bir gizli favorit ABŞ-dan olan 76 yaşlı kardinal Raymond Burkdur. O, Frensisin ən səs-küylü tənqidçilərindən biridir və "Trumpistlər"in fəal dəstəyindən istifadə edir.

Yeni Amerika administrasiyası məhz Burk vasitəsilə Vatikanın mühafizəkar qanadı ilə sıx əlaqələrə malikdir. Tramp və komandası üçün kilsə Demokratlar Partiyasının liberal ideologiyasına qarşı mübarizədə güclü müttəfiqdir. Həmçinin, indiki Tramp administrasiyasının əksəriyyəti katolikdir. Onların arasında vitse-prezident Vens, dövlət katibi Rubio, MKİ direktoru Con Ratkliff, səhiyyə naziri Robert Kennedi və bir çox başqaları var.

Trampın özü uzun müddətdir ki, bir presviteriandır (protestantlığın bir qolu), lakin 2020-ci ildə o, artıq özünü Presviterian protestantı kimi tanımır və “qeyri-məzhəbli xristian kimi daha geniş bir şəxsiyyəti qəbul edir”. Bu yolla o, katolik seçiciləri öz tərəfinə çəkmək istəyirdi. 2020-ci ildə bu ona kömək etmədi, lakin katoliklər indi onun administrasiyasının vacib hissəsidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR