Onlayn ictimai-siyasi qəzet
Panama hakimiyyəti ABŞ prezidenti Donald Trampın Panama kanalına nəzarəti bərpa etmək üçün güc tətbiq edə biləcəyindən ehtiyat edir, çünki ölkənin nə ordusu, nə də ciddi müharibə təcrübəsi var.
Musavat.com xəbər verir ki, bu barədə “Financial Times” adı açıqlanmayan yüksək vəzifəli Panama rəsmisinin adından məlumat yayıb.
“Biz narahatıq. Düşünürük ki, Tramp istədiyini əldə etməsə, bir növ qisas ola bilər. Baxaq görək, danışıqlar masasında nə ola bilər”, - deyə qəzet Panama rəsminin sözlərindən sitat gətirib.
Nəşrin danışdırdığı yerli sakinlər Trampın ABŞ-a hörmət etdiyi kimi, Panamanın bayrağına da hörmət etməli olduğunu düşünürlər.
Qəzetin yazdığına görə, Donald Trampın Panama kanalı məsələsi ilə bağlı narahatlığı onun ilk administrasiyası dövründən başlayıb. 2017-ci ildə Panama prezidenti Xuan Karlos Varela ilə görüşündə Tramp kanal tarifləri və sahiblik məsələsini qaldırıb, razılaşmadan narazılığını bildirib.
Musavat.com
24 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ