İnsanlara hürriyət, millətlərə istiqlal!

“Panama kanalı açıq və təhlükəsiz olmalıdır” – Rusiyalı nazir müavini

Rusiya Panama kanalının təhlükəsizliyi və açıqlığının tərəfdarıdır və onun neytrallığına hörmət etmək öhdəliyini bir daha təsdiqləyir.

Musavat.com xəbər verir ki, bunu TASS agentliyinə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

“Rusiya 1988-ci ildən Panama kanalına dair protokolda iştirak edir və bu beynəlxalq tranzit su yolunun təhlükəsiz və açıq saxlanmasını müdafiə edərək, Panama kanalının daimi neytrallığını saxlamaq öhdəliyini bir daha təsdiqləyir”, - deyə xarici işlər nazirinin müavini bildirib.

Ryabkov həmçinin ümid etdiyini bildirib ki, ABŞ prezidenti Donald Tramp və Panama hakimiyyəti su yolu üzərində nəzarəti müzakirə edərkən Panama kanalının mövcud beynəlxalq hüquqi rejiminə hörmətlə yanaşacaqlar.

Qeyd edək ki, Panama prezidenti Xose Raul Mulino Trampın Panama kanalı ilə bağlı iddialarını rədd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR