İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistanın dövlət borcu 200 milyard dollara yaxınlaşır

2023-cü ilin iyul ayı ərzində Pakistanın dövlət borcu 907 milyard rupi və ya 204 milyon dollar artaraq 61,7 trilyon rupi və ya 198,5 milyard dollara çatıb.

Musavat.com TASS-a istinadən xəbər verir ki, bu göstəriciləri Pakistan Mərkəzi Bankı açıqlayıb.

Bankın məlumatından aydın olur ki, ölkənin dövlət borcu 2022-ci ilin iyulunda 50,57 trilyon rubi və ya 162 milyard dollar təşkil etmişdi. Beləliklə, bir il ərzində Pakistanın dövlət borcu 22 faiz artıb. Borclanmadakı artımın əsas səbəbi büdcə kəsirinin bağlanması üçün alınan xarici və daxili borclardır. Nəticədə xarici borcun həcmi 39 trilyon rupi və ya 126,5 milyard dollara, daxili borcun həcmi isə 22,7 trilyon rupi və ya 73 milyard dollara çatıb. Borcun artmasında Pakistan rupisinin dəyərsizləşməsi ikinci əsas amil kimi çıxış edir.

İyul ayında Pakistanın valyuta ehtiyatları artaraq 9,84 milyard dollar təşkil edib. Bu göstəricidəki artımı Beynəlxalq Valyuta Fondunun ayırdığı kreditlər təmin edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR