İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistan Rusiyadan 100 min ton neft alır, pulunu 60 dollardan vermək istəyir

Pakistan Rusiyadan yüz min ton "Urals" neftinin barrelini 60 dollardan yuxarı qiymətə almaqdan imtina edib.

Qərar bu sortun sınaq partiyasının emalının nəticələrini təhlil etdikdən sonra qəbul edilib. Pakistanın “Refinery Limited” şirkəti yalnız 10% dizel yanacağı və eyni miqdarda benzin alıb.

Yerli “The News” nəşri Pakistanın Energetika Nazirliyinin yüksək vəzifəli nümayəndəsinə istinadən yazıb ki. Cənubi Asiya dövləti Rusiya Federasiyasından daha keyfiyyətli “Sibir Light Oil” və ya “Sokol” nefti almaq istəyir, lakin alqı-satqının hər bareldə 35 dollar endirimlə baş tutmasına çalışır.

Xatırladaq ki, 1 barrel/60 dolları həddini Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya və ABŞ-ı birləşdirən qeyri-rəsmi beynəlxalq klub olan G7 müəyyən edib.

Son məlumatlara görə, “Urals” neftinin bir barreli 74 dollara başa gəlir və bu, əslində tavandan 14 dollar yuxarıdır. “Brent” markalı neftin bir barreli 93,7 dollar qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR