İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistan hərbi qüvvələri ölkənin şimal-qərbində 7 terrorçunu zərərsizləşdirib

Pakistan ordusunun ölkənin Xayber-Paxtunxva əyalətində həyata keçirdiyi iki əməliyyat nəticəsində yeddi yaraqlı öldürülüb.

“Report” xəbər verir ki, bu barədə Pakistan ordusunun mətbuat xidməti funksiyasını yerinə yetirən İctimaiyyətlə Əlaqələr üzrə Qurumlararası İdarənin (ISPR) məlumatında bildirilib.

Məlumata görə, əməliyyatlar dünən səhər başlanıb və iki gün davam edib. Dera İsmail Xanda keçirilmiş əməliyyat çərçivəsində əsas radikal da daxil olmaqla üç yaraqlı öldürülüb, daha ikisi yaralanıb.

ISPR-in məlumatına görə, Şimali Vəziristan dairəsində ayrıca əməliyyat zamanı təhlükəsizlik qüvvələri atışmada dörd yaraqlını məhv edib, üçü yaralanıb.

Bəyanatda həmçinin qeyd olunub ki, təhlükəsizlik qüvvələri qalan döyüşçüləri məhv etmək üçün bölgələrdə əlavə axtarış-mina təmizləmə əməliyyatları həyata keçirir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR