İnsanlara hürriyət, millətlərə istiqlal!

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətindən ekofəalların aksiyasına dəstək

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin İdarə Heyəti dünya ictimaiyyətinə müraciət edərək bəyan edir ki, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü məsələsində həmişə Azərbaycan xalqının, dövlətinin yanında olduğunu bəyan edib.

Cəmiyyətin bəyanatında Azərbaycan qeyri-hökumət təşkilatlarını təmsil edən bir qrup ekolofəalın Şuşa-Laçın yolunda dinc aksiya keçirməsi Rusiya sülhməramlılarının nəzarət etdiyi Azərbaycanın Qarabağ bölgəsində faydalı qazıntıların qeyri-qanuni istismarı, Azərbaycanın suveren ərazisində ekosistemə ziyan vurulması, qeyri-qanuni fəaliyyətlə əlaqəli olduğunu bildirilir.

Bəyanatda vurğulanır ki, Azərbaycan vətəndaşlarının öz suveren ərazilərində etiraz aksiyası keçirmək hüququ var və etirazçıların əsas tələbi Qarabağda Qızılbulaq qızıl yatağı və Dəmirli mis-molibden yatağında monitorinqlərin aparılması, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə vurula biləcək zərər və risklərin qiymətləndirilməsi tələbi ilə əlaqədardır.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti Xankəndi şəhərinə Ermənistandan gələn yolun humanitar məqsədlər üçün, habelə humanitar yardım maşınları, təchizat maşınları üçün açıq olmasına baxmayaraq, Ermənistan tərəfinin böyük və əsaslı şəkildə “humanitar fəlakət” mühiti yaratması və Laçın yolu ilə bağlı yalan məlumatlar yayaraq regionda gərginliyin artırılmasına çalışmasından təəsüfləndiyini bildirir.

Azərbaycan tərəfinin haqlı mövqeyini dəstəkləyərək, bu yoldan yalnız mülki və humanitar məqsədlər üçün istifadə edilməsini, Ermənistan tərəfinin isə bu yoldan hərbi məqsədlər üçün istifadəsinin əldə olunmuş razılıqların pozulması olduğunu bəyan edirik.

Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloji fəalların Şuşa-Laçın yolunda dinc etiraz aksiyası Azərbaycan ictimaiyyətinin Azərbaycan ərazisində qanunsuz iqtisadi fəaliyyətdən, təbii sərvətlərin oğurlanmasından və ətraf mühitə dəymiş ziyandan haqlı narazılığının nəticəsidir deyə “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti bəyanatında qeyd edir.

Bəyanatda bildirilir ki, biz Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycanın Qarabağ bölgəsində ekosistemə ciddi ziyan vurulması, qızıl və mis-molibden yataqlarında həyata keçirilən qeyri-qanuni fəaliyyətləri kəskin pisləyirik.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti Azərbaycan ekoloji aktivistləri, vətəndaş cəmiyyəti nümayəndələrinin ölkənin təbii sərvətlərin talanmasına qarşı dinc etiraz aksiyası, onların haqlı tələblərinin yerinə yetiriləcəyinə, ədalətin bərqərar olması, ekologiyaya dəyən zərərin aradan qaldırılması üçün öz nəticəsini verəcəyinə inamını ifadə edir.

Bəyanatın tam mətnini Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinə təqdim edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR