Onlayn ictimai-siyasi qəzet
"Qəzəlləri oxuyanda muğam özü bir gözəllik tapır. Xanəndəyə yol göstərir, aza bilmir. Qəlizdir və öyrənmək çətindir. İndiki dövrdə ona pul verən yoxdur".
Bu sözləri Xalq artisti Alim Qasımov "İzzət şou"da danışıb.
Xanəndə muğam oxuyanların qəzəllərdən istifadə etməməsindən danışıb:
"İndi toyda "ana, ölürəm sənin üçün, gəlim qəbrinə. Ata gəlim qəbrinə" kimi sözlər istəyirlər. Qəzəli başa düşən insanlar azdır. Onun tamaşaçılarını nə toyda, nə məclisdə taparsan. İnkişaf əvvəl kəndlərdə var idi. Gənc oxuyanlarda günah görmürəm. Oxuyanda qışqırmaqdan qrija olmuşam. Bir dəfə toyda əlimi qarnıma vurdum ki, daş kimidir. Bu, pressdən heç kimdə olmaz. Elə bilirdim xəstəlik tapmışam. Çox əzablı, cəfalı yoldur". (Axşam.az)
08 Noyabr 2024
02:44 Putin Tramp və Qərb liderləri ilə münasibətlərdən danışdı: "Hər şey normal idi, amma onlar...”
07 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ