Onlayn ictimai-siyasi qəzet
2024-cü ildə Azərbaycanda 447 min hektar sahə Aqrar Sığorta Fondu tərəfindən sığortalanıb.
Musavat.com xəbər verir ki, bunu ASF-nin 2024-cü ildəki fəaliyyətinə dair tədbirdə Fond rəsmisi Əli Əhmədov deyib. Onun sözlərinə görə, bu, ölkə üzrə sığortalanması mümkün olan sahələrin 30 faizinə yaxındır.
Ötən il sığortalanan sahələr 25 min hektar və ya 6 faiz artıb.
Sığortalanan sahələrlə yanaşı, bağlanan sığorta müqavilələrinin sayı da artıb. Belə ki, əgər 2022-ci ildə 47 min olubsa, 2023-cü ildə bu təqəm 51 min, 2024-cü ildə isə 56,7 minə çatıb.
Sığortalanan sahələrin 246 min hektarı payızlıq taxıl, 116 min hektarı isə payızlıq arpa olub.
Ötən il ölkə üzrə 12,3 milyon manat sığorta haqqı toplanıb. 12.4 milyon manat toplanan 2023-cü illə müqayisədə azalma sığortalanan məhsulların bazar qiymətinin ucuzlaşması ilə bağlıdır.
2024-cü il ərzində sığorta ödənişləri 2 milyon manat artaraq 6.4 milyon manata yüksəlib. Bunun 5.2 milyon manatı bitkiçilik, 1.2 milyon manatı isə heyvandarlıq sahəsinin payına düşür.
Musavat.com
25 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ