İnsanlara hürriyət, millətlərə istiqlal!

Otelə gedib yemək yedi, özünü qumbara ilə partlatdı  

 
Dekabrın 22-də Ermənistanın Sərdarabad (Armavir) rayonunun “Tsaqkunk” kəndindəki otel komplekslərinin birində bir nəfər özünü qumbara ilə partladaraq intihar edib.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. 
Faktla bağlı cinayət işi başlanıb.

Polis və müstəntiqlər ölənin şəxsiyyətini müəyyənləşdirir.

Erməni mediası xəbər verir ki, həmin şəxs axşam saatlarında adıçəkilən otel kompleksinə gəlib, yemək sifariş edib, daha sonra otağına keçib və bir müddət sonra əməkdaşlar onu ölü tapıblar.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR