Onlayn ictimai-siyasi qəzet
Avropa ölkələrinin yüksək rütbəli hərbçiləri Rusiya ilə mümkün qarşıdurmaya – hibrid münaqişə və ya birbaşa hərbi toqquşma ehtimalına qarşı hazırlıq görür."Figaro" qəzeti hərbi dairələrdəki mənbələrə istinadən məlumat yayıb.
Fransa ordusunun yüksək rütbəli zabitlərindən biri qəzetə bildirib ki, hərbi qüvvələr ən pis ssenariyə hazırlaşırlar. Nəşr qeyd edir ki, bu cür vəziyyət bütün Avropa ölkələrində müşahidə olunur və hərbçilər müxtəlif hərbi ssenariləri nəzərdən keçirirlər.
Bildirilib ki, Rusiya ilə NATO arasında genişmiqyaslı münaqişənin baş vermə ehtimalı aşağı qiymətləndirilir, çünki bu, nüvə eskalasiyası riski yaradır. Bununla belə, Avropa orduları məhdud hərbi əməliyyatların Avropanın hansısa ölkəsində və ya qitədən kənarda baş verməsi ehtimalını da istisna etmirlər.
Qəzet Rusiyanı Avropaya qarşı hibrid hücumlar təşkil etməkdə ittiham edir. Nəşrin yazdığına görə, Rumıniyada prezident seçkilərinin birinci turunda Kalin Corceskunun qalib gəlməsi bu tip müdaxilənin nümunəsi kimi göstərilir. O, avropayönlü namizəd Yelena Laskonini qabaqlayıb və bu, ölkənin NATO ilə əməkdaşlıq perspektivlərinə dair narahatlıqlara səbəb olub.
Fransa Silahlı Qüvvələrinin Baş Qərargahında bu hadisə Afrikanın Sahel regionundakı proseslərlə müqayisə edilib. Xatırladaq ki, Fransa ordusu həmin regiondan çıxmağa məcbur olub. Buna səbəb isə bu ölkələrin Rusiya ilə əməkdaşlığı gücləndirməsi olub.
TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu professor Qabil Hüseynli ilə Ukrayna böhranını müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv
02 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ