Onlayn ictimai-siyasi qəzet
Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın Rusiya ilə müharibədə vəziyyətinin getdikcə ağırlaşdığını bildirib.
Musavat.com xəbər verir ki, onun fikrincə, Kiyev döyüş meydanında qalib gələcəyini düşünərək israr etməyə davam etsə də, zaman Ukraynanın deyil, Rusiyanın xeyrinə işləyir.
“Ukrayna müharibədə uduzmaqda davam edir. Onlar hələ də qələbəyə ümid edirlər, amma reallıq tamamilə fərqlidir. Atəşkəs üçün bir il əvvəl daha münasib şərait var idi,” – deyə Orban qeyd edib.
Macarıstan lideri daha əvvəl də Ukrayna-Rusiya müharibəsinin diplomatik yolla dayandırılmasının vacibliyini vurğulamışdı.
Musavat.com
07 Sentyabr 2025
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ