Onlayn ictimai-siyasi qəzet
Macarıstanın Baş naziri Viktor Orban Qərbin Ukrayna müharibəsinə xərclədiyi vəsaitləri sərt şəkildə tənqid edərək onları israf adlandırıb və Avropada böhranların dərinləşməsinə səbəb olduğunu bildirib.
Musavat.com-un məlumatına görə Orban qeyd edib ki, müharibəyə sərf olunan 300 milyard avro Avropanın inkişafı üçün istifadə oluna bilərdi:
"Amerika və Avropa müharibəyə birlikdə təxminən 300 milyard avro xərcləyib. Bu vəsaitlə Avropada həyat səviyyəsini sürətlə yüksəldə bilərdik. Bütün Balkanları Avropa standartlarına uyğun inkişaf səviyyəsinə gətirə bilərdik. Tamamilə yeni bir Avropa müdafiə sistemi qura bilərdik, amma bu pullar boşuna xərcləndi".
Baş nazir Ukraynadakı infrastrukturun və enerji sistemlərinin dağıldığını, bunun isə ölkənin iqtisadiyyatını dayanıqsız hala gətirdiyini vurğulayıb. O, həmçinin Almaniya və Fransadakı siyasi böhranların yalnız bu strategiyanın başlanğıc nəticələri olduğunu xəbərdar edib.
25 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ