İnsanlara hürriyət, millətlərə istiqlal!

OPEK proqnozlarını açıqladı, neft qiymətləri artmağa başladı

Bu ilin dördüncü rübündə qlobal neft tələbatının artımı gözləniləndən daha yaxşı olub.

Musavat.com xəbər verir ki, bu məlumat OPEK-in aylıq hesabatında əksini tapıb. Hesabatda gündəlik tələbat artımının 150 min barel təşkil etdiyi, buna görə də OPEC-in 2023-cü ildə neft istehlakı artımı proqnozunu bir qədər artıraraq sutkada 2,5 milyon barelə qaldırdığı qeyd olunur.

OPEK bildirir ki, oktyabrda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı(OECD) üzvü olmayan ölkələrdə neftə tələbat daha yüksək olub: “İlin ilk üç rübü üzrə OECD üzrə tələbat artımı azalsa da, təşkilatdankənar regionlardakı yüksək artım onu artıqlaması ilə kompensasiya edib. OECD regionunda gündəlik neft tələbi 2023-cü ildə 82 min barel artaraq 45,8 milyon barel, Təşkilata daxil olmayan ölkələrdə isə 2,4 milyon barel artaraq 56,3 milyon barel olacaq”.

OPEK kerosin və benzinə artan tələbat fonunda OECD-in Amerikadakı üzvlərində neft qiymətlərində güclü artım gözləyir.

OPEK mütəxəssisləri 2022-ci ildə neft istehlakı ilə bağlı proqnozlarını sutkada 30 min barel artıraraq 99,66 milyon barelə çatdırıblar. 2023-cü il üçün artım proqnozu isə 50 min barel qaldırılıb. Beləliklə, OPEC hazırda 2023-cü ildə neftə tələbatın sutkada 2,46 milyon barel artaraq 102,1 milyon barelə çatacağını gözləyir.

2024-cü ildə tələb artımının proqnozu sutkada 2,25 milyon barel səviyyəsində saxlanılıb – 104,36 milyon barelə qədər.

OPEC-in aylıq hesabatında deyilir ki, Rusiyada maye karbohidrogenlərin (neft və kondensat) hasilatı sutkada 0,4 milyon barel azalacaq - 2022-ci ildəki 11,03 milyon bareldən 2023-cü ildə 10,61 milyon barelə qədər.
Əvvəlki hesabatda Rusiyanın 2023-cü ildə sutkada 10,53 milyon barel hasil edəcəyi və bununla da hasilatın azalması proqnozunun 80 min barel artırılacağı qeyd olunmuşdu.

OPEK vurğulayır ki, yenilənmiş proqnozda Rusiyanın xarici bazarlara neft tədarükünü azaltmaq üzrə könüllü öhdəlikləri nəzərə alınıb və bu öhdəliklər sentyabrın əvvəlində 2023-cü ilin sonuna qədər uzadılıb.

Hesabata görə, sentyabrda Rusiyada maye karbohidrogen hasilatı avqust ayındakı ilə müqayisədə sutkada 85 min barel artaraq 10,82 milyon barel olub ki, bunun da 9,5 milyon barelini neft, 1,3 milyon barelini kondensat təşkil edib.

OPEC 2024-cü ildə Rusiyada maye karbohidrogen istehsalının 2023-cü il səviyyəsində qalacağını gözləyir. Ekspertlər proqnozlaşdırırlar ki, bəzi yataqlarda hasilatı artırmaqla yanaşı, “Rosneft”, “Russneft”, “LUKOIL”, “Qazprom”, “Neftis” və “TenderResurs” şirkətlərinin yeni obyektlərinin işə salınması planlaşdırılır, lakin bu artım yetişmiş yataqlarda hasilatın azalması ilə kompensasiya olunacaq.

Azərbaycana gəlincə, OPEK 2023-cü il üçün ölkəmizdə neft və digər maye karbohidrogenlərin gündəlik orta hasilatı üzrə proqnozunu azaldıb, 2024-cü il üçün isə dəyişməyib. Təşkilat ekspertləri 2023-cü ildə Azərbaycanda ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının təqribən 700 min barel səviyyəsində olacağını proqnozlaşdırırlar. Bu da illik müqayisədə 20 min barel azalma deməkdir və öncəki artım tempi üzrə proqnoz göstəricidən 10 min barel çoxdur.

Qeyd olunur ki, proqnozun azalmaya doğru korrektə edilməsi avqust ayında əsas neft yataqlarında hasilatın gözləniləndən aşağı olması ilə əlaqədardır. Hesabata əsasən, 2024-cü il üçün Azərbaycanda maye karbohidrogenlərin gündəlik hasilatı stabil olaraq 0,7 milyon barel səviyyəsində qalacaq.

Qeyd olunur ki, 2022-ci ildə bu göstərici orta hesabla 700 min barel səviyyəsində olub, bu da illik müqayisədə 65 min barel azdır.

OPEK-in neftə tələbatın artmasına dair proqnozunun açıqlanması neft bazarında qiymətlərin artmasına səbəb olub. Artıq qiymətlər 82 dolları ötüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR