İnsanlara hürriyət, millətlərə istiqlal!

OPEK cari il üçün neft tələbatına dair mövqeyini dəyişməyib

2024-cü ildə qlobal neft tələbatı sutkada 2,2 milyon barel artaraq 104,36 milyon barel təşkil edəcək. Musavat.com OPEK-in aylıq hesabatına istinadən xəbər verir ki, bu, qurumun əvvəlki proqnozu ilə eynidir. OPEK gələn il tələbatda bir qədər az artım gözləyir - 1,8 milyon barel. Nəticədə, gündəlik hasilat 106,21 milyon barelə çatacaq.

Analitiklərin hesablamalarına görə, 2023-cü ildə dünyada neft istehlakı sutkada 2,5 milyon barel artaraq 102,11 milyon barelə çatıb.
Noyabr ayı üzrə ilkin məlumatlar göstərir ki, OECD ölkələrində ümumi kommersiya neft ehtiyatları aylıq müqayisədə 7,3 milyon barel azalaraq 2,819 milyard barrelə düşüb. Beləliklə, bu göstərici 2015-2019-cu illər üzrə orta göstəricidən 122 milyon barel aşağı olub. O cümlədən neft ehtiyatları əvvəlki ayla müqayisədə 17,5 milyon barel artaraq 1,354 milyard barelə çatıb, neft məhsulları isə 10,2 milyon barrel azalaraq 1,466 milyard barelə düşüb.

2024-cü ilin birinci rübü üçün OPEC tələb proqnozunu sutkada 270 min barel azaldaraq 103,32 milyon barelə endirsə də, ikinci rüb üçün gözləntiləri demək olar ki, eyni həcmdə - 103,92 milyon barelə qədər artırıb, üçüncü rüb üçün proqnoz 90 min barel artırılaraq 104,89 milyon barel, dördüncü rüb üçünsə - eyni həcmdə azaldılaraq - 105,29 milyon barel müəyyən edilib.
OPEC-in proqnozlarına görə, bu il OECD ölkələrində neftə tələbat cəmi 0,3 milyon barel, qeyri-OECD ölkələrində isə təxminən 2 milyon barel artacaq. 2025-ci ildə OECD ölkələri istehlakı 0,1 milyon barel, qeyri-OECD ölkələri 1,7 milyon barel artıracaq. Sonunculara əsasən Çin, Yaxın Şərq və digər Asiya ölkələri, o cümlədən Hindistan daxildir.

Müxtəlif neft məhsullarına tələbat baxımından OPEK 2025-ci ildə artımın əsas amillərinin xüsusilə nəqliyyat yanacağı olacağını gözləyir. Həm ölkədaxili, həm də beynəlxalq hava nəqliyyatı ilə hərəkətliliyin yüksəlməsi nəzərə alınmaqla, kerosin istehlakı artmağa davam edəcək: “Benzin tələbi Çin, Yaxın Şərq, Hindistan və ABŞ kimi əsas istehlakçı ölkələrdə nəqliyyat vasitələrinin səyahətində güclü artımla dəstəklənməyə davam edəcək. Dizel tələbatının OECD-ə daxil olmayan ölkələrdə həm yük daşımaları, həm də sənaye tikintisi və kənd təsərrüfatı fəaliyyətləri ilə dəstəklənəcəyi gözlənilir. Yüngül distilyatların istehsalının, əsasən Çin və Yaxın Şərqdə artan neft-kimya potensialı və gəlirliliyi ilə dəstəklənəcəyi proqnozlaşdırılır”.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR