Onlayn ictimai-siyasi qəzet
“Sülh müqaviləsində konstitusiya ilə bağlı bənd yoxdur, belə bir müzakirə də yoxdur. Bayramovun qeyd etdiyi qalan iki məsələ ilə bağlı biz danışıqları davam etdirəcəyik və hesab edirəm ki, müzakirəyə ehtiyacı olan iki məqamın qaldığını qeyd etməsi çox müsbət haldır”.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan bu gün jurnalistlərlə keçirdiyi brifinqdə danışıb.
Yerli jurnalistlər Simonyana hazırda məhkəməsi keçirilən təqsirləndirilən şəxslərin qaytarılması ilə bağlı bəndin daxil edilib-edilmədiyi barədə sual ünvanlayıblar.
Simonyan bu suala tipik erməni hiyləgərliyi ilə cavab verib:
“Hazırda belə bir bəndin daxil edilməsini görmürəm, çünki bu, daim məşğul olduğumuz ayrı bir məsələdir. 150-dən çox məhbusumuz var. Onlardan 11-i Qarabağın hərbi-siyasi rəhbərliyidir (Qarabağın işğal altında olduğu illərdə bölgədə qurulan oyuncaq qurumun başındakı canilərdir - red.). Yeri gəlmişkən, mən bəzi həmkarlarımızı yanlış ifadələrdən çəkinməyə və bu insanları siyasi məhbus adlandırmamağa çağırıram. “Siyasi məhbus” demək bu sözün mənasını anlamamaq və bu insanları təqib olunduğu ölkənin vətəndaşı hesab etmək deməkdir”.
Musavat.com
21 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ