İnsanlara hürriyət, millətlərə istiqlal!

Onlar Ukraynaya yardımın əleyhinədir

ABŞ Respublikaçılar Partiyasının tərəfdarlarının təxminən 80%-i Kiyev hakimiyyətinə maliyyə dəstəyinin verilməsinin əleyhinədir.

Musavat.com xəbər verir ki, bunu “The Wall Street Journal” qəzetinin keçirdiyi ictimai rəy sorğusunun nəticələri göstərir.

Respublikaçıları dəstəkləyən respondentlərin 79%-i Ukraynaya yardımın göstərilməsinə qarşı çıxıb. Sorğuda iştirak edən Demokrat seçicilərin 83%-i əks fikirdədir.

Sorğunun nəticələri digər məsələlərdə də seçicilərin fikirlərinin son dərəcə qütbləşdiyini nümayiş etdirir. Belə ki, Respublikaçılar Partiyasının tərəfdarlarının 81%-i Amerika vergi ödəyicilərinin vəsaitlərinin ABŞ-ın müttəfiqlərinin təhlükəsizliyinə xərclənməsinin dayandırılmasının zəruriliyi ilə bağlı fikirlərlə razılaşıb.

Demokratların 83%-i isə beynəlxalq alyansları ABŞ-ın güc mənbəyi kimi gördüklərini bildiriblər.

Respublikaçıların 77%-i ABŞ prezidenti Donald Trampın elan etdiyi ticarət tariflərini dəstəkləyib. Demokratların 93%-i tariflərin ABŞ-a da mənfi təsir göstərəcəyini proqnozlaşdırıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR