Onlayn ictimai-siyasi qəzet
Səhər yeməyi sadəcə günə başlamaq üçün deyil, həm də sağlam həyatın təməl şərtidir. Kaliforniyada fəaliyyət göstərən tibbi onkoloq və hematoloq Dr. Tinqinq Tan hesab edir ki, səhər yeməyi xərçəng riskinin azaldılmasında mühüm rol oynayır və bu vərdişi laqeyd yanaşmaq olmaz.
Dr. Tan hər səhər eyni, sadə, lakin qidalı yeməklə günə başlayır: yulaf ezmesi, təzə meyvələr və qoz-fındıq. Bahalı əlavələr və ya ekzotik "superfood"lara ehtiyac olmadan bu qarışımın güclü xərçəng əleyhinə təsiri ola bilər.
Yulaf əzməsi: bağırsaq üçün qalxan
Yulaf tam taxıl olaraq fitoestrogenlər, antioksidantlar və liflə zəngindir. Bu maddələr xərçənglə mübarizədə mühüm rol oynayır. Araşdırmalar göstərir ki, yüksək lif qəbulu xüsusilə yoğun bağırsaq xərçəngi riskini azalda bilər. Yarım stəkan yulaf təxminən 5 qram lif ehtiva edir. Dr. Tanın tövsiyə etdiyi “Mavi giləmeyvə və pekanlı kremli yulaf əzməsi” resepti isə 6 qram lif təmin edərək gündəlik ehtiyacın 21%-ni qarşılayır.
Tünd meyvələr: antioksidant gücü
Qaragilə kimi giləmeyvələr fitokimyəvi maddələrlə zəngindir. Bu maddələr iltihabı azaldır və hüceyrə zədələnməsinin qarşısını alır. Elmi sübutlara əsasən, bu tip meyvələr təkcə xərçəng riskini azaltmır, həm də xərçəngönü hüceyrələrin inkişafının qarşısını almaqda köməkçi olur.
Qoz-fındıq: iltihab əleyhinə təsir
Qoz, badam və pekan kimi çərəzlər sağlam yağlar, lif və bitki mənşəli proteinlərlə zəngindir. Onların tərkibindəki polifenollar bağırsaq florasını dəstəkləyir. 2018 və 2021-ci illərdə aparılan araşdırmalar qoz-fındığın bağırsaq mikrobiotasını gücləndirdiyini və kolon xərçəngi riskini azalda biləcəyini göstərib.
Dr. Tan qeyd edir: “Qozun iltihab əleyhinə təsiri var və bu da xroniki iltihabla xərçəng arasında olan güclü əlaqəni zəiflədə bilər”.//E-saglam.az
04 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ