İnsanlara hürriyət, millətlərə istiqlal!

Ombudsman Səbinə Əliyeva AÇIQLADI: I Qarabağ müharibəsi dövründə...

Vətən müharibəsi dövründə rəşadətli ordumuzdan bir nəfər də olsun fərarilik faktı olmadı.

Musavat.com-un xəbərinə görə, bunu Azərbaycan Qadınlarının VI Qurultayında İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva deyib:

"Müharibədəki qələbədə canlarından keçən şəhid analarının, şəhid qadınlarının rolu təqdirəlayiqdir. Bu qadınlarımızın onları yüksək mənəvi keyfiyyətlərə malik şəkildə böyütdüklərinin göstəricisidir".

S.Əliyeva əlavə edib ki, müharibədən əziyyət çəkən, ən çox hüquqları pozulanlardan biri də qadınlardır:

"Birinci Qarabağ müharibəsi nəticəsində qaçqın və məcburi köçkün düşmüş 1 milyona yaxın soydaşımızın 52 faizini qadınlar təşkil edib. Həmin dövrdə itkin düşən 4000-ə yaxın soydaşımızdan 267 nəfəri qadın olub"

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR