İnsanlara hürriyət, millətlərə istiqlal!

Olimpiya çempionu olan Azərbaycan cüdoçusu: "Çox sevinirəm ki..."

Çox sevinirəm ki, çəkdiyimiz əziyyət hədər getmədi.

Musavat.com xəbər verir ki, bunu “Report”un Parisə ezam olunmuş əməkdaşına açıqlamasında Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qızıl medalını qazanan cüdoçu Zelim Kotsoev deyib.

Azərbaycan yığmasının üzvü bu qələbəyə görə hədsiz dərəcədə sevincli olduğunu bildirib:

"Çox sevinirəm ki, çəkdiyimiz əziyyət hədər getmədi. Bu işdə hər kəsin zəhməti var. Həm Azərbaycan Cüdo Federasiyası, həm də məşqçilərimiz çox çalışdılar. Bu gün səhər yuxudan oyananda özümü çox gümrah hiss edirdim. Qızıl medal qazanmağımda Hidayət Heydərovun rolu az olmadı. Onun uğurları məni qələbəyə köklədi. Hidayət bütün gün zalda mənimlə bərabər olub, öz dəstəyini göstərib. Final görüşünün sonlarında məlubiyyətlə barışmaq istəmirdim. Çalışırdım ki, rəqib idmançı səhvə yol versin və bu baş verdi".

Qeyd edək ki, 100 kq çəki dərəcəsində mübarizə aparan Zelim Kotsoyev finalda gürcüstanlı İlya Sulamanidzeyə qalib gələrək olimpiya çempionu olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR