İnsanlara hürriyət, millətlərə istiqlal!

Olayların mərkəzindəki Pelosi: ABŞ Tayvanla ticarət sazişi bağlaya bilər

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Birləşmiş Ştatların yaxın vaxtlarda Tayvanla ticarət sazişi bağlaya biləcəyini bildirib.

Musavat.com xəbər verir ki, o, Tayvan prezidenti Tsay İnven ilə birgə mətbuat konfransı zamanı bunu bəyan edib.

“Nümayəndə heyəti ilə buraya gələrək Tayvanı dəstəkləmək öhdəliyimizdən əl çəkməyəcəyimizi və davamlı dostluğumuzla fəxr etdiyimizi açıq şəkildə bildirmək istədik”, - deyə amerikalı siyasətçi vurğulayıb.

Pelosinin sözlərinə görə, ABŞ-ın Tayvanla həmrəyliyi indi daha böyük əhəmiyyət daşımağa başlayıb və bu, adaya (o cümlədən Çinə - red.) verilən əsas mesajdır.

ABŞ-ın ada ilə əlaqələrinin inkişafına verdiyi töhfəyə görə Tsay İnven Pelosiyə Tayvanın ən yüksək mülki mükafatı olan “Xeyirxah buludların fəxri” ordenini təqdim edib.

“Mən bu mükafatı spikerin ofisində nümayiş etdirməyi və qiymətli dostluğumuzun rəmzi kimi onu Kapitolidə taxmağı səbirsizliklə gözləyirəm”, - deyə amerikalı spiker bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR