İnsanlara hürriyət, millətlərə istiqlal!

Olaf Şolts: Almaniya Azərbaycan və Ermənistana sülh yolunda dəstək göstərməyə hazırdır

Münaqişə ancaq sülh yolu ilə həll olunmalıdır. Son görüşdə hər ikiniz məni açıq olan sualların sülh yolu ilə həllini tapacağına əmin etdiniz.

Musavat.com xəbər verir ki, bunu Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.

"Almaniya hər iki ölkəni lazımi kompromislər üçün dəstəkləyməyə hazırdır. Demarkasiya ilə bağlı ilkin razılıq bizi sevindirir. Bu istiqamətdə cəsarətli addımı təşviq edirəm", - o qeyd edib.

Kansler bəyan edib ki, Almaniya Azərbaycan və Ermənistana sülh yolunda dəstək göstərməyə hazırdır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR