İnsanlara hürriyət, millətlərə istiqlal!

Ohanyan: “Vardanyanın getməsinin mənfi nəticələri olacaq”

“Mən Ruben Vardanyanın artsaxın dövlət naziri vəzifəsindən istefa verməsini istəməzdim. Bu qərarın Qarabağ (qondarma, oyuncaq “dqr” nəzərdə tutulur - red.) üçün mənfi nəticələri olacaq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində “Ermənistan” bloku fraksiyasının rəhbəri Seyran Ohanyan deyib.

“Mən Ruben Vardanyanı Ermənistan və Qarabağ üçün uğurlu iş adamı, xeyriyyəçi kimi tanıyıram”, - deyə Xocalı qatili yerli media mənsublarına bildirib.

Onun sözlərinə görə, Ermənistan hakimiyyəti qondarma “dqr”in öz müqəddəratını təyinetmə hüququnu müdafiə etmək fikrində deyil və bu işdən çoxdan əlini üzüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR