Onlayn ictimai-siyasi qəzet
"Oğlumdan sonra soyuqqanlı olmuşam. Məndən hər şey gözləyin. Tez unudub, çıxıb gedərəm. Həyata inamım qalmayıb, soyuqqanlı olmuşam".
Bu sözləri İbrahim Borçalı "Qonaqcanlı" verilişində deyib. Oğlu Rəhimi avtomobil qəzasında itirən sənətçi həyat yoldaşı Zöhrədən danışıb. O bildirib ki, sənəti atmaq istəyib, amma xanımı imkan verməyib:
"Çoxdan çıxıb gedərdim. Xanımım dedi ki, dayan, biz varıq. Mən ona, o, da mənə köməkdir. Bir-birimizə deyirik ki, hə, yıxıldıq? Nə olacaq?"
Qeyd edək ki, İ.Borçalının oğlu 2020-ci ilin iyulunda Gürcüstanda avtomobil qəzasında vəfat edib. (Axşam.az)
27 Yanvar 2025
26 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ