Onlayn ictimai-siyasi qəzet
"Ola bilər sözüm bir çoxlarına xoş gələ bilməz. İnsanlar oradan qazanc əldə edirlər. Elə qazanc heç lazım deyil. İllər əvvəl TikTok-dan qazanc gəlirdi?".
Musavat.com axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu "Xzər axşamı" proqramında deyib. Sənətçi oğlu Əliyə TikTok-u qadağan etdiyini, amma bununla mübarizə apara bilmədiyini söyləyib:
"TikTok bağlansa, daha gözəl olar. Uşaqlarımıza təsir edir. Əlidən eşitmədiyim sözləri eşidirəm, görmədiyim hərəkətləri görürəm. Gündə 1 saat ona telefon veririk, TikTok-u silirik. İki gün sonra baxırıq yenə TikTok-a baxır. Deyirik ki, haradan aldın bunu? Cavab verir ki, ana, özüm yüklədim".
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ