İnsanlara hürriyət, millətlərə istiqlal!

Oftalmoloqdan XƏBƏRDARLIQ - Gözlərinizi qorumaq üçün BUNLARA ƏMƏL EDİN

“Telefon, planşet, kompüter şüası görmə zəifliyi yaradır”.

Musavat.com xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da oftalmoloq Nərmin Əbilova açıqlayıb.

Onun sözlərinə görə, göz anatomik olaraq hərəkət üçün yaranıb və daim hər tərəfə hərəkət etməlidir:

“Uzun müddət kompüterə baxanda, gözün buynuz qişası quruyur və nəticədə bir sıra problemlər meydana çıxmağa başlayır. Gözü gün işığından keyfiyyətli, kompüterdən antiblik eynəklər taxmaqla qorumaq lazımdır ki, günəşdən və kompüter işığından gələn şüalar tor qişanı yandırmasın. 0-2 yas arası uşaqlarda telefon istifadəsi tövsiyə edilmir. 2-5 yaş arası uşaqlar gündə 1 saatdan artıq istifadə etməməlidirlər. 6 yaş və yuxarı uşaqlarda isə gündə 2 saatdan çox telefon istifadəsi məsləhət görülmür. Hər 20 dəqiqədən bir 20 saniyə ərzində təxminən 6 metr məsafədə yerləsən obyektə baxmaq məsləhətdir. Telefon gözdən 30-40 sm, planşet və kompüter isə gözdən 50-70 sm məsafədə tutulmalıdır. Bu əsas qaydalara əməl olunarsa, uşaqlarda görmə zəifliyinin qarşısını almaq olar”.

Oftalmoloq bildirib ki, 1-2 saat ara vermədən kompüter qarşısında oturmaq olmaz:

“Fasilələr edərək, gün ərzində ümumilikdə 2 saata kimi məşğul olmaq olar. Yəni, yarım saatdan bir fasilə vermək və bu zaman göz məşqi etmək lazımdır. Üsul isə çox sadədir, fasilə zamanı açıq havada, eyvanda uzaq məsafəyə gözü yumub-açaraq baxmaq lazımdır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR