Onlayn ictimai-siyasi qəzet
İyun ayında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan ölkələrdə istehlak qiymətləri iyun ayında illik ifadədə 5,6 faiz artıb.
Təşkilat bildirib ki, bu, 2021-ci ilin oktyabrından bəri minimum artım tempidir. May ayında inflyasiya 5,9 faiz təşkil edib.
OECD-nin 38 ölkəsindən 24-də qiymət artımı tempi zəifləyib. Bununla belə, Kolumbiya və İslandiyada inflyasiya 5 faizdən, Türkiyədə isə 70 faizdən yuxarı olaraq qalır.
Türkiyəni nəzərə almasaq, İƏİT inflyasiyası may ayında 3,1 faizə qarşı iyunda 2,9 faiz təşkil edib.
Ötən ay enerjidaşıyıcılarının qiymətləri 2,3 faiz (mayda - 2,5 faiz), ərzaq məhsullarının qiymətləri 4,7 faiz (4,8 faiz) bahalaşıb. Ərzaq və enerji xərclərini nəzərə almasaq istehlak qiymətlərində artım (baza inflyasiya) yazın son ayındaki 6,1 faizə qarşı 5,9 faiz təşkil edib. Bu rəqəm 2022-ci ilin martından bəri ilk dəfə olaraq 6 faizdən aşağı düşüb.
G7 ölkələrində inflyasiya iyunda bir ay əvvəlki 2,9 faizdən 2,7 faizə, G20 ölkələrində 7,3 faizdən 7 faizə qədər azalıb.
Avrozonada istehlak qiymətləri (HICP indeksi) may ayında 2,6 faiz artdıqdan sonra iyunda 2,5 faiz artıb. Ərzaq və enerji məhsullarının qiymətləri nəzərə alınmadan göstəricinin artım tempi 2,9 faiz səviyyəsində qalıb. İlkin məlumatlar avrozonada inflyasiyanın iyulda 2,6 faiz təşkil etdiyini göstərir.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ