Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Odessaya hücumu nəticəsində yaşayış binaları və ticarət obyektləri zədələnib.
Musavat.com xəbər verir ki, Rusiya qüvvələrinin Odessa şəhərinə endirdiyi hücum nəticəsində mülki infrastruktur zərər görüb.
Odessa Hərbi Administrasiyasının rəhbəri Oleg Kiperin məlumatına görə, hücum zamanı çoxmərtəbəli yaşayış binası, ticarət mərkəzi və bir neçə mağaza zədələnib. Nəticədə üç nəfər, o cümlədən yeniyetmə qız yaralanıb.
Hücumdan sonra üç fərqli ərazidə güclü yanğınlar baş verib. Bundan əlavə, şəhərin Primorski, Peresipski və Kievski rayonlarında lokal elektrik kəsintiləri qeydə alınıb.
Musavat.com
21 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ