İnsanlara hürriyət, millətlərə istiqlal!

"O satıcılardan heç nə almayın, fırıldaqçıdırlar"

"Yolda cavan oğlanlar dayanıb çiyələk və moruq satırlar. Maşını saxlayıb qiyməti soruşuram, cavab verir ki, 22 manat. Deyir, 3 kiloqramdır. Baxıram ki, 3 deyil, heç 2 kiloqrama da çatmır".

Musavat.com xəbər verir ki, bu sözləri müğənni Nadir Qafarzadə sosial şəbəkədə etdiyi paylaşımda deyib.

Sənətçi yolda başına gələn hadisəni izləyiciləri ilə bölüşüb:

"Uzağı 1 kiloqram 200 qram olar. Demədim, aşağı sal. İnsandır, günün altında durur. 22 manat verdim və aldım. Sonra deyir, birini də götür. Qayıtdı ki, 20, sonra 18 manat ver. Maşına otururam, deyir, 15 manata verirəm. Bu, 15 manatdırsa, niyə 22 manata satırsan? Əsl Azərbaycan versiyası, qurtarın da bunu. Yolda meyvə satanlardan heç nə almayın, fırıldaqçıdırlar. 22 manat acı deyiləm. Niyə 15 manatlıq çiyələyi 22 manata satırsan?"

Könül
Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

11 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR