Onlayn ictimai-siyasi qəzet
Dünya fizikləri tərəfindən istifadə edilən Nyutonun ilk qanununun tərtib edilməsində səhv aşkar ediblər.
Buna səbəbin qanunun latın dilindən ingilis dilinə tərcümə zamanı edilən səhv olduğu üzə çıxıb.
Məlumata əsasən, bu faktı filoloq Daniel Huk aşkar edib. Bu qanunun ümumi təfsirinə görə, cisim xarici qüvvənin təsiri olmadan hərəkətsiz qalır və ya bərabər şəkildə hərəkət edir.
Bununla belə, Huk Nyutonun öz qeydlərini tədqiq edərək belə nəticəyə gəlib ki, qanunda “əgər” kimi tərcümə olunan birləşmə “çünki” kimi səslənməli idi. Beləliklə, Hukun fikrincə, Nyuton cisimlərin məhz xarici təsirin olmadığı üçün sükunətdə qaldığını müdafiə edirdi.
Tərkibindəki bu dəyişiklik Nyutonun ardıcılları arasında yaranan mübahisəni həll etməyə kömək edir.//Lent.az
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ