İnsanlara hürriyət, millətlərə istiqlal!

"Novruz Türklərin bayramıdır Farsların deyil" - Ekspertdən ŞOK AÇIQLAMA

"Farslar öz Novruzlarını iyun ayından götürdülər, gətirib qoydular mart ayına. Ona qədər bizim bayramımız sadəcə bayram adlanırdı".

Bu sözləri tarix elmləri doktoru, professor Həsən Həsənov ARB24-ün efirində deyib.

Onun sözlərinə görə,  farslarla türklərin bayramı birləşəndən, eyni günə düşəndən sonra Novruz bayramı adlanıb.

H.Həsənov bildirib ki, Novruz bayramının zərdüştlərə və ya farslara aid olması ilə bağlı deyilənlər əsassızdır:

"Zərdüştlər odun üstündən atlanmırlar. Zərdüştlüyə görə odun üstündən atlananlar öləndən sonra cəhənnəmə düşür. Novruz bayramında isə odun üstündən atlanırlar. Bu olara tamamilə yad bir ritualdır. Bayramımızın farslara və ya zərdüştlərə aid olması ilə bağlı sözlər boş söhbətlərdir. Bu tariximizi bilməməkdən irəli gəlir. Bizim özümüzün öz tariximizə qarşı nadanlığımız var".

Musavat.com Həsən Həsənovun ARB24-ə müsahibəsini təqdim edir:

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Mart 2025

BÜTÜN XƏBƏRLƏR