İnsanlara hürriyət, millətlərə istiqlal!

Novruz bayramına hazırlıq baha başa gəldi: Evləri yanıb kül oldu

Cəlilabad rayonunda fərdi yaşayış evi yanıb.

Hadisə rayonun Sabirabad kəndində, Rəşid Səfərova məxsus evdə qeydə alınıb.

Belə ki, ümumi sahəsi 220 kvadratmetr (hər mərtəbəsi 110 kvadratmetr) olan ikimərtəbəli 10 otaqlı evdə qəfil yanğın başlayıb.

Hadisə yerinə Cəlilabad Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və texnikası cəlb olunsa da, ev tamamilə yanıb.

İlkin məlumata görə, yanğın Novruz bayramı ilə əlaqədar olaraq şirniyyatın bişirildiyi elektrik sobasında başlayıb. Sobanın uzun müddət qoşulu qalması yanğına səbəb olub.

Hadisə nəticəsində xəsarət alan olmayıb./Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Mart 2025

15 Mart 2025

BÜTÜN XƏBƏRLƏR