İnsanlara hürriyət, millətlərə istiqlal!

Norveç Ukraynaya yarım milyard dollardan yuxarı əlavə yardım ayırdı

Bu il Norveç hökuməti Ukraynaya 7 milyard kron (indiki məzənnə ilə 632 milyon dollar) məbləğində əlavə yardım ayıracaq.

Musavat.com xəbər verir ki, bu barədə Norveçin baş naziri Yonas Qahr Stör məlumat verib.

Baş nazir bildirib ki, "Ukraynada vəziyyət daha ciddi və gözlənilməz hala gəlib".

Ayrılan məbləğdən 6 milyard kron (540 milyon dollar) bilavasitə hərbi yardım göstərmək üçün nəzərdə tutulub. Vəsaitin qalan hissəsi humanitar və vətəndaş proqramlarının maliyyələşdirilməsinə gedəcək. Beləliklə, Norveç hökumətinin bu il Ukraynaya yardım üçün ayırdığı ümumi məbləğ 22 milyard krona (1,98 milyard dollar) çatıb.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR