İnsanlara hürriyət, millətlərə istiqlal!

Norveç qaz hasilatını 20 faizə yaxın artırıb

2024-cü ilin sentyabrında Norveçdə təbii qaz hasilatı 7,24 milyard kubmetr təşkil edib.

Musavat.com Norveç Dəniz Müdirliyinin (NOD) aylıq hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,6 faiz çoxdur.

Yenilənmiş hesablamalara görə, avqustda hasilatın həcmi 10,82 milyard kubmetr olub. NOD sentyabrda hasilatı 7,48 milyard kubmetr səviyyəsində proqnozlaşdırmışdı.

Norveç sentyabr ayında neft, kondensat və təbii qaz mayelərinin hasilatını illik ifadədə 7,2 faiz - sutkada 1,724 milyon barelə qədər azaldıb. Avqust ayı ilə müqayisədə göstərici 13,8 faiz azalıb.

Ötən ay ölkədə neft hasilatı orta hesabla sutkada 1,591 milyon barel olub ki, bu da avqustdakı hasilat həcmindən 10,6 faiz və 2023-cü ilin eyni ayındakı göstəricidən 5,1 faiz azdır.

Qeyd edək ki, Norveç hazırda Avropanın boru qazı təchizatında ən böyük paya malikdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR