İnsanlara hürriyət, millətlərə istiqlal!

Nihal Candan azadlığa buraxıldı - FOTO

Beş ay öncə çirkli pulların yuyulmasında təqsirli bilindiyi üçün həbs olunan Türkiyənin məşhur fenomeni Nihal Candan azadlığa buraxılıb.

Musavat.com bizim.media-ya istinadən bildirir ki, Nihalın həbsxanada səhhətində problem yaranıb.

Bu səbəbdən arıqlayaraq çəkisi 37 kiloqrama düşən fenomen müalicəsini həbsxanada davam etdirə bilmədiyi üçün onun azadlığa buraxılması təmin olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir.
Qeyd edək ki, daha əvvəl sosial şəbəkə fenomeni Dilan Polat, bacısı Sıla Doğu, həyat yoldaşı Engin Polat və onun qardaşı Kürşat Polat, atası Sezgin Polat, mühasib Beyza Ekici, maliyyə işlər məmuru Ahmet Gün də eyni ittihamlar səbəbi ilə həbs olunublar.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR