Onlayn ictimai-siyasi qəzet
Nigeriyanın şimal-qərbində silahlılar hərbi düşərgəyə hücum edərək hökumət qüvvələrini oranı tərk etməyə məcbur ediblər.
“Report” xəbər verir ki, bu barədə “Reuters” yerli sakinlərə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, silahlı qrup Nahuta kəndi yaxınlığındakı düşərgəyə hücum edib. Nəticədə orada olan hərbçilər və polislər qaçıblar. Atışma və ya mümkün itkilər barədə məlumat yoxdur.
Agentlik qeyd edib ki, yaraqlılar düşərgəyə daxil olaraq mağaza və evləri qarət etməyə başlayıblar. Onlar düşərgədə yerləşən hərbi texnikanı da yandırıblar.
27 Iyul 2025
00:43 İsrail bu gecə Qəzzaya bomba yerinə ərzaq atacaq –C‑130J‑30 təyyarələri səfərbər olunub - FOTO
26 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ