Onlayn ictimai-siyasi qəzet
Braziliyanın Xarici İşlər Nazirliyi Nigeriyanın BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) təşkilatının rəsmi tərəfdaş ölkəsi olduğunu elan edib. Hazırda bu təşkilata Braziliya sədrlik edir.
Musavat.com xəbər verir ki, bu qərar, BRICS-in beynəlxalq arenada təsir dairəsini genişləndirmək və qlobal əməkdaşlığı gücləndirmək məqsədinə uyğun olaraq qəbul edilib. Nigeriya, Afrikanın ən böyük iqtisadiyyatlarından biri olaraq, bu ittifaqın iqtisadi və strateji əhəmiyyətini daha da artıracaq.
Nigeriyanın tərəfdaş statusu əldə etməsi, qlobal inkişafda yeni əməkdaşlıq perspektivlərinin açılmasına imkan yaradır. Bu addım BRICS-in Afrikada daha çox təsir qazanmaq strategiyasının bir hissəsi kimi qiymətləndirilir.
Musavat.com
06 May 2025
03:06 Genetik kodlarla yazılmış talelər: Qohum evlilikləri ilə bağlı sərt tədbir görülməsi vacibdir?
05 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ