İnsanlara hürriyət, millətlərə istiqlal!

Niger qiyamçıları beynəlxalq təşkilatların fəaliyyətini dayandırıblar

Nigerdə qanuni hakimiyyəti devirmiş, prezidenti ev dustağı etmiş qiyamçı hərbçilər tərəfindən yaradılan keçid hökumətinin Daxili İşlər Nazirliyi beynəlxalq təşkilatların və QHT-lərin “əməliyyat zonaları”nda fəaliyyətini dayandırmaq barədə göstəriş verib.

Musavat.com xəbər verir ki. bu barədə AFP agentliyi məlumat yayıb.

“Təhlükəsizlik vəziyyəti və Niger silahlı qüvvələrinin hazırkı əməliyyat hazırlığı ilə əlaqədar nazirlik ölkədə mövcud olan beynəlxalq təşkilatlara, milli və beynəlxalq QHT-lərə və BMT-yə bağlı qurumlara məlumat verir ki, onların əməliyyat zonalarında bütün fəaliyyətləri və hərəkətləri müvəqqəti dayandırılıb”, - deyə DİN-in bəyanatında deyilir.

Xatırladaq ki, Nigeri 1 aydan çoxdur ki, qiyamçı hərbçilər idarə edir. Onların rəhbəri general Tçianidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR