İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nifaq alması”na dönən Krım: yarımada Ukraynaya verilərkən saxtakarlıq olub - İDDİA

İLK yayım saatı: 15:15

SSRİ Ali Sovetinin Rəyasət Heyəti Krımın RSFSR-dən Ukrayna SSR-ə verilməsi haqqında fərman verərkən mövcud olmayan sənədə istinad edib.

Musavat.com Rusiya mediasına istinadla cəbər verir ki, bu barədə Krım parlamentinin qanunvericilik komitəsinin rəhbəri, xüsusi işçi qrupun Sergey Trofimov bildirib.

Trofimov bu barədə RİA Novosti agentliyinə müsahibəsində bildirib. Hazırda yuxarıda göstərilən qrup Rusiya Konstitusiya Məhkəməsinin 1954-cü ildə Krımın Ukraynaya verilməsinin qanuniliyini qiymətləndirəcəyi sənədin hazırlanması üzərində işi başa çatdırıb.

Trofimov qeyd edib ki, köçürmə prosesi zamanı SSRİ Ali Sovetinin Rəyasət Heyəti RSFSR və Ukrayna SSR Ali Sovetləri Rəyasət Heyətlərinin birgə nümayəndəliyinin təsdiq edilməsi haqqında qərar qəbul edib. Halbuki belə bir sənəd heç vaxt olmayıb.

Beləliklə, mövcud olmayan və qüvvədən düşmüş normativ akta istinadən qərar qəbul edilib. Bundan əlavə, Krım Ukrayna SSR-in tərkibinə verilərkən ərazilərin sərhədləri demarkasiya olunmayıb.

Trofimov onu da bildirib ki, yarımadanın Ukraynaya verilməsi eyni vaxtda üç konstitusiyanın (SSRİ, RSFSR və Ukrayna SSR) kobud şəkildə pozulması ilə təşkil edilib. Bir sıra inzibati prosedurlara da məhəl qoyulmayıb, Krım əhalisinin hüquqlarını təmin edən normalar müəyyən edilməyib.

Sonda Trofimov qeyd edib ki, RSFSR Ali Soveti, prinsipcə, Krımın Ukrayna SSR-ə verilməsi ilə bağlı qərar qəbul edə bilməzdi, çünki onun belə səlahiyyətləri yox idi və məsələ referendum yolu ilə həll edilməliydi. Həmçinin həmin referendumdan biri də Ukrayna SSR-də təşkil olunmalıydı.

“Beləliklə, Krım bir gün də olsun qanuni şəkildə Ukrayna SSR-in tərkibində olmayıb”, - Trofimov bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR