İnsanlara hürriyət, millətlərə istiqlal!

Niderland şirkəti Azərbaycan üzərindən uçuşları LƏĞV ETDİ

Qərargahı Niderlandda olan KLM aviaşirkəti Azərbaycan üzərindən bugünkü uçuşları ləğv edib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, şirkət Niderlanddan Asiya ölkələrinə 5 uçuş həyata keçirməli imiş.

"Biz vəziyyətin ümumi təsirini qiymətləndiririk. Ümid edirik ki, müştərilərimizi növbəti addımlar haqqında mümkün qədər tez məlumatlandıracağıq", - şirkətin açıqlamasında deyilir.

Qeyd edək ki, 2022-ci ilin fevralında KLM Kiyevə və Ukraynanın digər şəhərlərinə uçuşları dayandıran ilk aviaşirkətlərdən biri olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR