İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu: “Təhdid aradan qalxana qədər ‘Yüksələn Aslan’ əməliyyatı davam edəcək”

 İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin həyata keçirdiyi “Yüksələn Aslan” adlı hərbi əməliyyatla bağlı bəyanat verib.

Musavat.com xəbər verir ki, Netanyahu bildirib ki, bu əməliyyatın nə qədər davam edəcəyi qarşı tərəfdən gələn təhlükənin səviyyəsindən asılı olacaq:

 “Bu təhdid ortadan qalxana qədər "Yüksələn Aslan" əməliyyatı neçə gün çəkəcəksə, o qədər də davam edəcək".

Baş nazirin bu bəyanatı, xüsusilə son günlərdə İsrailin bölgədə həyata keçirdiyi intensiv hərbi əməliyyatlar fonunda səsləndirilib. Qeyd olunur ki, əməliyyatın hədəfində İranla əlaqəli qrupların və sərhəd zonalarında İsrailə qarşı təhlükə yaradan silahlı strukturların olduğu ehtimal edilir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyun 2025

13 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR