Onlayn ictimai-siyasi qəzet
İsrailin Baş naziri Benyamin Netanyahu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə görüşməkdən imtina edib.
Bu barədə “The Times” qəzeti məlumat yayıb.
Nəşr qeyd edir ki, buna səbəb rəsmi Londonun Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Netanyahunun həbsinə dair orderi ilə bağlı mövqeyinin dəyişməsi olub.
Qeyd edilir ki, Netanyahu Britaniya hökumətinin belə mövqe tutmasından inciyib və buna görə də keçən həftənin sonunda İsrailə səfəri zamanı Lemmi ilə görüşməyib.
Xatırladaq ki, iyulun sonunda Britaniya hökuməti BCM-in Netanyahunun həbsinə order vermək üçün yurisdiksiyasına etiraz etməkdən imtina edib.//Report
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ