Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın ən böyük texnologiya şirkətləri bu il süni intellekt (AI) layihələrinə 300 milyard dollardan çox pul xərcləməyi planlaşdırır.
Musavat.com xəbər verir ki, məlumatı "Financial Times" (FT) yayıb.
Bildirilir ki, onlar ilk növbədə data mərkəzlərinin yaradılması sahəsində rəqabət aparırlar.
Nəşr qeyd edir ki, bu şirkətlərin ötən ilin dördüncü rübdəki qazancları ilə birlikdə elan edilən xərclərinin miqyası, səhmdarları qorxuya salıb. Onlar qorxurlar ki, gəlirdə mütənasib artım olmadan belə çoxalan xərclər kapitalı “udaraq” investorları dividendlərdən məhrum edə bilər.
Amazon 2025-ci ildə süni intellektə ən çox sərmayə qoymağa qərar verib - 100 milyard dollar.
Microsoft, Alphabet və Meta daxil olmaqla ABŞ-ın dörd böyük texnoloji şirkətinin süni intellek sahəsində ümumi xərcləri 2024-cü ildə əvvəlki illə müqayisədə 63 faiz artaraq 246 milyard dollara çatıb.
Nəşr yazır ki, indi bu nəhənglərin liderləri süni intellektə investisiyaları sürətləndirəcək və genişləndirəcəklərini vəd etməklə yeni texnologiyaya sərmayə qoyulan böyük məbləğlərin geri qaytarılması ilə bağlı narahatlıqları rədd edirlər.
Qeyd edək ki, bu dörd şirkətin səhmdarları arasında Azərbaycan Dövlət Neft Fondu(ARDNF) da var. Fond indiyədək Microsoft-a 504 milyon dollar yatıprıb. Bu şirkətin Fondun səhm portfelində payı 4,3 faiz təşkil edir.
ARDNF-nin Amazon-a yatırımları ötən ilin son rübündə 295 milyon dollardan 351 milyon dollara yüksəlib. Şirkətin Fondun səhm portfelində payı da 2,5 faizdən 3 faizə yüksəlib.
ARDNF-nin Mark Zukerberqin şirkətinə yatırımları ötən ilin III rübü ilə müqayisədə dördüncü rübündə 212 milyon dollardan 217 milyon dollara yüksəlib, portfeldə çəkisi isə dəyişməyərək 1,8 faiz təşkil edib.
Alphabet-ə məxsus Google-a aid iki şirkətə Fond ayrılıqda 188 milyon dollar və 163 milyon dollar yatırıb.
Musavat.com
08 Fevral 2025
07 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ