Onlayn ictimai-siyasi qəzet
Müntəzəm gəzməyin sağlamlığa faydaları saysız-hesabsızdır. Gündə 5, yaxud 10 min addım qızıl standartdır, ancaq bu, hər gün mümkün olmaya bilər.
Musavat.com xəbər verir ki, Polşanın Lodz Universitetinin tədqiqatçıları "ürək sağlamlığı üçün gündə neçə addım atılmalıdır?" sualına cavab tapıblar.
Akademiklər araşdırmada belə nəticəyə gəliblər ki, ürək sağlamlığını qorumaq üçün hər gün ən azı 2 337 addım atılmalıdır. Bu, minimum ölçüdür. Təbii ki, nə qədər çox addım atılsa, bir o qədər yaxşıdır.
Mütəxəssislərin fikrincə, addım atdıqca ürəyimizə xidmət edirik. Eyni tədqiqatçıların fikrincə, gündə 3867 addım atmaq hər hansı bir səbəbdən ölüm riskini azaldır.
Mütəxəssislər ürək sağlamlığı ilə bağlı tövsiyələr də veriblər:
- Gündə ən az 12 dəqiqə velosiped sürmək ürək üçün faydalıdır. Velosiped sürmək diabet və ürək-damar xəstəlikləri ilə əlaqəli molekulları 29 faiz azaldır.
- Gündə bir neçə fincan qəhvə içmək ürəyə müsbət təsir edir.
- Müntəzəm olaraq qan vermək yüksək təzyiqi idarə etməyə kömək edə bilər.
- Tərəvəz və paxlalılar yemək ürək-damar xəstəlikləri riskini yarıya qədər azaldır.
- Gecələr təzyiq dərmanı qəbul etmək ürəkdən ölüm riskini 45 faiz azaldır.
- Araşdırmalar göstərir ki, pişik və itlərə sahib olmaq ürək xəstəliyi riskini 31 faiz azaldır. Ümumiyyətlə, heyvanlarla dostluq stressi azaldır.
- Atdığımzı hər addım ürək-damar xəstəliklərindən ölüm riski əhəmiyyətli dərəcədə azalır.
Musavat.com
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ