İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazir sükan arxasında telefondan İSTİFADƏ ETDİ: CƏRİMƏLƏNDİ - FOTO

Böyük Britaniyanın dəmir yolu nəqliyyatı naziri lord Piter Hendi sükan arxasında mobil telefondan istifadə etdiyi üçün polisə təslim olub.

Musavat.com xəbər verir ki, bu barədə Britaniya mediası məlumat yayıb.

Hadisə Londonda baş verib.

Bildirilir ki, Londonda ikimərtəbəli “Routemaster” avtobusunu idarə edərkən Hendinin mesaj yazdığını görən sərnişin polisə şikayət edib. Nazir baş verənlərə görə üzr istəyib və bunu "yanlış qərar" adlandırıb.

“Keçən ay Piter Hendi sükan arxasında telefondan istifadə edib. O, bu hərəkətinə görə üzr istəyib və özü könüllü şəkildə polisə müraciət edib”, - nazirin sözçüsü bildirib.

Məlumata görə, polis ilkin araşdırma zamanı sübut çatışmazlığı səbəbilə işi bağlayıb. Lakin lord Hendinin günahını etiraf etməsindən sonra iş yenidən açılıb. Gözlənilir ki, nazirə cərimə və sürücülük vəsiqəsinə 6 balı tətbiq olunacaq. Qeyd edək ki, Britaniyada 12 balı olan sürücülər vəsiqədən məhrum edilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR