İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazimdən qalmaqal yaşadığı Kərimə gözlənilməz addım

Müğənni Nazim Pişiyarı küsülü olduğu sənət dostlarından danışıb.

"10-da görüşək" proqramına qonaq olan ifaçı illərdir küsülü olduğu həmkarı Kərim Abasova barışıq addımı atıb:

"Kərimlə pis münasibətdə olsaydım Murad Dadaşovun layihəsində ("Maşın" şounu nəzərdə tutur - red.) olmazdım. Normaldır, sabah onu haradasa görsəm "salam, necəsən? İşlərin uğrulu olsun" deyərəm. Nə problem ola bilər? Kərimə demək istəyirəm ki, biz bir-birimizdən asılı deyilik. Hərənin öz oxu tərzi var. Evdə ər-arvadın da arasında problem olur. Kərim mənə problem yaradacaq adam deyil. Eləcə də mən ona".

Nazim Əməkdar artist Ədalət Şükürov və müğənni Elariz Məmmədoğlu ilə barışmasından söz açıb:

"Ədalətlə küsülü idik, oturduq danışdıq. İndi bir-birimizlə danışırıq, görüşürük. Yaxın günlərdə birlikdə səfərimiz olacaq. Elarizlə neçə il gərgin münasibət var idi. İndi barışmışıq".

Qeyd edək ki, ifaçılar arasındakı qalmaqal "Maşın" şouda başlayıb. Yarışmanın ilk günü Kərimi şoudan aşıq Namiq Nazim Pişiyarinin sifarişi ilə uzaqlaşdırmışdı. Kərim daha sonra onun ünvanına "dovşan" sözünü deyib. Onlar aralarındakı mübahisənin 12 ildən çox olduğunu açıqlayıb. Qalmaqal isə toy məclisində başlayıb. Kərim deyib ki, məclisdə Nazim mikrofonu ona verməyib.

Nazim isə Kərimdən intiqam aldığını danmayıb və "Şəxsən mən demişəm ki, Kərimi çıxart. 12 il deyil. Bu yaxınlarda da Kərim bir şey etdi. Mən elə pərt oldum ki... İndi intiqam alıram" sözlərini söyləyib. (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR