İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazarbayevin yerdə qalan status və imtiyazlarını da ləğv edirlər

Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qanunvericiliklə təyin olunmuş bütün imtiyaz və statuslarından məhrum edilməsi üzərində iş aparılır.

Musavat.com kazax24 saytına istinadla xəbər verir ki, bu barədə ədliyyə naziri Əzəmət Eskarayev məlumat verib.

Ədliyyə Nazirliyinin rəhbəri xatırladıb ki, bu ilin yanvar ayından Nazarbayevə “Elbaşı” statusu verən normalar, habelə onun ailə üzvləri üçün nəzərdə tutulan bütün imtiyazlar və güzəştlər konstitusiya qanunlarından çıxarılıb.

“Bu, qanunvericilik prosesidir. Bu, yanvar ayında qəbul edilmiş qanundan irəli gəldiyindən bu iş davam etdirilib. İmtiyazlara gəlincə, mən aydın cavab verə bilərəm, bizim prezident haqqında konstitusiya qanunumuz eks-prezidentə müvafiq təminatlar verir. Mənzil və nəqliyyat təminatına zəmanətlər var. Ona görə də eks-prezident kimi ona təminat verilir”, - deyə E.Eskarayev bildirib.

Eyni zamanda, Ədliyyə Nazirliyinin rəhbəri bildirib ki, indi o, ölkədəki bütün qanunların 100%-nin Nursultan Nazarbayevə xüsusi status və güzəşt verən normaları aradan qaldırdığını dəqiq deyə bilməz.

Xatırladaq ki, ötən il parlament Qazaxıstanın birinci prezidenti “Elbaşı haqqında” qanunun ləğvinə səs verib. Bu ilin yanvarında prezident qanunları imzalayıb. Bundan sonra deputatlar eks-prezidenti bütün imtiyaz və statuslardan məhrum etməyə başlayıblar. Nazarbayev fəxri senator statusundan məhrum edilib. İyul ayında keçmiş prezident Nursultan Nazarbayevin adı universitetdən, məktəbdən götürülüb. Eləcə də o, adını daşıyan fondun ali qəyyumlar şurasının sədri statusundan məhrum edilib. Sentyabrın 20-də Milli Məclisin deputatları Nazarbayevin rəhbərlik etdiyi “Samruk-Kazyna” fondunun idarə edilməsi şurasının ləğvi ilə bağlı düzəlişin lehinə səs veriblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR